Bank haqqinda
Korporativ müştərilər
Əlaqə üçün məlumat





Depozitlər

Birlikbank ASC əhaliyə aşağıdakı əmanət növlərini təqdim edir.

  • “Uğur”
  • “Ümüd”
  • “Səyahət əmanəti”
  • “Pensiya əmanəti”
  • “Uşaq əmanəti”


    Uğur

    Uğur əmanəti kampaniyası 01 iyul 2007-ci il tarixindən 01 oktyabr 2007-ci il tarixədək həyata keçirilir

    Uğur əmanət Azərbyacan manatı,ABŞ dolları ilə qəbul olunur.

    Uğur əmanət 1 il müddətinə qəbul olunur.

    Uğur əmanətinin minimum məbləği 5000 manat və ya 5000 ABŞ dolları,əmanətin maksimum məbləği isə 200 000 manat ekvivalentində müəyyən olunur.

    Əmanətin faiz dərəcəsi

    1) “UĞUR” əmanəti üzrə faiz dərəcələri aşağıdakı kimi təyin edilir:

    Əmanət üzrə faizlərin hesablanması

    1) “UĞUR” əmanəti qoyularkən,əmanətin faizləri qabaqcadan hesablanıb,avans olaraq əmanətçiyə həmin gün ərzində təqdim edilən Express Card vasitəsilə ödənilir:

    “UĞUR” əmanəti hesabına qabaqcadan ödənilmiş faizlərin yenidən “UĞUR” əmanəti kimi qoyulmasına icazə verilmir (istənilən digər əmnanət növünə qoyula bilər)

    Hər bir müştəryə yalnız 1 “UĞUR” əmanəti açıla bilər.

    Əmanət üzrə imtiyazlar

    “UĞUR” əmanəti sahibinin istəyi ilə ona,əmanətinin 50 % -i məbləğində bir ilədək 25 % dərəcəsi ilə plastik kartla kredit xətti açıla bilər.

    “UĞUR” əmanəti sahibinin istəyi ilə ona, 55 mm x 320 mm x 490 mm ölçülü bank seyfi icarəsi imkanı verilir. Əmanət müddəti ərzində həmin xidmətdən istifadə pulsuzdur.

    “UĞUR” əmanətinin məbləği 50 000 manatdan çox olduğu halda, əmanət sahibinin istəyi ilə, ona səyahət güzəştləri İAPA kartı pulsuz verilir.

    Səyahətə çıxan əmanətçiyə onun istəyi ilə səyahət sığortası təqdim edilə bilər.


    Uşaq Əmanəti

    Əmanətin minimum məbləği 10 AZN (ABŞ,AVRO) –dir. Uşaq əmanətinin üstünə əlavə vəsait qoyula bilər. Minimum məbləğ 10 AZN olmalıdır. Əlavə edilmiş faizlər hər ay kapitallaşır. İkinci ildən etibarən əmanət üzrə cari fazi dərəcəsinə yenidən baxılır və onu 10 % artırır.

    Ümüd Əmanəti

    Əmanətin şərtləri

    “Ümüd” əmanəti AZN, ABŞ dolları və AVRO ilə qəbul olunur.

    “Ümüd” əmanətinin müddəti 1 ildir.

    “Ümüd” əmanətinin minimum məbləği 1000 ABŞ dolları ekvivalentində müəyyən olunur

    Əmanət üzrə faizlərin hesablanması

    “Ümüd” əmanəti qoyularkən, əmanətin bütün dövrü üzrə hesablanacaq faizlərin 50 %-i qabaqcadan hesablanıb avans olaraq əmanətçiyə ödənilir. Məsələn:

    “Ümüd” əmanətinin sahibi əvvəlcədən hesablanmış faizləri götürmək istəmədikdə,hesablanmış faiz məbləği əmanətçinin istəyi ilə

  • əmanətin artırılmasına yönəldilə bilər;
  • ayda və ya rübdə bir dəfə cari hesabına və ya rübdə bir dəfə plastik kart hesabına köçürülə bilər;
  • başqa hesaba köçürə bilər;

    «ÜMÜD» əmanətinin sahibi əmanət hesabına istədiyi məbləğdə əlavə vəsait qoya bilər. Bu zaman, ümumi məbləğə əsas Əmanət üçün müəyyən olunmuş faiz dərəcəsi ilə illik faiz hesablanır.

    Əmanət üzrə imtiyazalar

    “Ümüd” əmanəti sahibinin istəyi ilə ona,

    Əmanətin 50 %-i məbləğində Visa Gold və MasterCard Gold plastik kartla kredit xətti açıla bilər.

    Bu zaman,

    Açılmış kredit xəttindən istifadəyə görə həmən ayın 30-dək faiz hesablanmır. Kredit növbəti ayın 9-dək ödənilmədiyi halda növbəti ayın 1-dən illik 25 % olmaqla faiz hesablanır, ödənildiyi halda hesablanmış faizlər əmanətçidən silinmir. Müqavilənin qüvvədə olduğu müddətdə kredit xəttindən bir neçə dəfə istifadə olunduqda,hər istifadə zamanı,bu qaydalar tətbiq olunur.

    Pensiya Əmanəti

    Pensiya əmanətinin minimum məbləği 40 AZN təşkil edir. Əmanətçinin istəyi ilə əmanəti istənilən vaxt artırmaq olar,bu zaman tələb olunan minimum məbləğ 20 AZN-dir.

    Əmanət üzrə istənilən vaxt faizlərin götürülməsi imkanı, eləcə də əlavə edilmiş faizlərin hər rüb kapitallaşdırılması nəzərdə tutulub.

    Əmanətin müdədəi minimum 1 ildir.

  •     


     



    Valyuta Konvertoru

    AZN
    USD
        Bütün hüquqlarla Birlik Bank 2008-ci il Site by Azeri Project LTD