Müasir həyatımızda nağd pul vəsaitləri artıq öz yerini plastik kartlara verməkdədir. Həqiqətən də, plasitk kartların köməyilə hər hansı xərcələri, istər adi bir geyim əşyası olsun, istərsə də restoranda şam yeməyinin haqqını rahatlıqla ödəyə bilərsiniz.
Kart itdiyi və ya oğurlandığı zaman Sizdən tələb olunan, məhz, baş vermiş hadisə ilə bağlı bankı xəbərdar etmənizdir ki, bundan sonra kart dərhal bloklaşdırılacaqdır.
Bank kartlarının növləri:
Banklar bir qayda olaraq əsas iki beynəlxalq ödəniş sistemlərinin – MasterCard və VİSA
İnt şirkətlərinin kartlarını buraxır. Hər iki şirkət geniş şəbəkədə kart qəbuluna malik olduqları üçün hansı şirkətin kartını əldə edəcəyinizin heç bir fərqi yoxdur.
Ödəniş sistemlərinə aidiyyatı olmaqdan əlavə bank kartları yaratdıqları imkanlardan, xidmət şərtlərindən və əlavə xidmətlərdən asılı olaraq müxtəlif növlərə bölünürlər. Bu əlamətlərə görə kartlar daha bahalı və nüfuzlu “qızıl kart”lara, daha geniş yayılmış “klassik və ya standart kart ”lara və baha olmayan “elektron kart”lara bölünürlər.
Bank kartları, həmçinin, müştərinin hansı vəsaitlər hesabına əməliyyat aparmasından asılı olaraq “kredit” və “debet” kartlarına bölünürlər. Debet kartarı üzrə əməliyyatları Siz öz vəsaitləriniz hesabına həyata keçirirsiniz ki, bu vəsaitləri qabaqcadan öz hesabınıza daxil etməlisniz. Kredit kartları üzrə əməliyyatları isə bankın vəsaitləri hesabına da həyata keçirə bilərsiniz.Bundan sonra banka olan borcunuzu güzəştli müddət ərzində faizsiz ödəyə bilərsiniz və yaxud tədricən faiz ödəyərək borcunuzu banka qaytara bilərsiniz. Fazilər Sizin üçün ayrılmış bütöv kredit xəttinə deyil, faktiki borca hesablanır. İstifadə edilmiş kredit xəttinin məbləğini banka qaytardıqdan sonra müqavilədə razılaşdırılmış müddət çərçivəsində ondan yenidən istifadə etmək imkanınız olacaqdır.
Beləliklə, əlverişli kredit həmişə Sizinlədir. Planlaşdırılmamış xərclər və ya ani zərurət yaranarsa problemsiz kredit kartınızdan istifadə edib tələblərinizi ödəyə bilərsiniz. “Birlikbank” ASC plastik kart sahiblərinə hansı imkanlar verir
VİSA/Electron və Cirrus/Maestro əmək haqqı kartınızı daha nüfuzlu VİSA/Classic və ya MC/ Classic kartı ilə əvəz edə bilərsiniz ki, bu zaman kartların qiymətində olan fərqi ödəyəcəksiniz. Əgər işçisi olduğunuz müəssisə bütün işçiləri üçün bankla razılaşma əsasında VİSA/Classic və ya MC/Standard kartları sifariş edərsə bu Sizin üçün daha əlverişli ola bilər.
VİSA/Classic və MC/Standard kartları
“Birlikbank” ASC-nin buraxdığı VİSA/Classic və MC/Standard kartları Azərbaycanda, habelə ölkəmizin hüdudlarından kənarda geniş yayılıbdır. Bu kartları dünyanın hər bir yerində istifadə etmək mümkün olduğundan xarici ölkələrə səfər edənlər üçün ən optimal seçim hesab edə bilər. Plastik kartlar gömrük nəzarətindən keçərkən heç bir deklarasiya tələb etmirlər. Bu kartlar mağazalarda, restoranlarda, mehmanxanalarda, benzin doldurma məntəqlərində, aviabiletlərin alınmasında və bir çox digər xidmət məntəqələrində ödəniş üçün qəbul edilirlər.
Elektron kartlardan fərqli olaraq bu kartlar vasitəsilə bankımız əhalinin müxtəlif təbəqələrinə, bir sıra dövlət təşkilatlarının rəhbərlərinə, işçilərinə, iri özəl təşkilatıarın işçilərinə, Bankın mövcud müştərilərinə əlverişli şərtlərlə kredit xətti təqdim edir. Bankımızın digər məhsul və xidmətlərindən istifadə edən şəxslər bu kartlarımızı pulsuz da əldə edə bilərlər. Bu kartlar sahibinə hesabda olan faktiki məbləğdən əlavə Bank tərəfindən açılmlş kredit xətti daxilində vəsaitlərin xərclənməsinə imkan verir. Bu kartlar İnternet şəbəkəsində ödəniş üçün də qəbul edilirlər.
VİSA/Gold və MC/Gold kartları
“Birlikbank” ASC-nin buraxdığı VİSA/Gold və MC/Gold kartları nüfuzlu kartlar hesab edilib, sahibinin cəmiyyətdəki mövqeyini nəzərə çatdırır. Bu kartlarla dünyanın ən yaxşı alış-veriş mərkəzlərində, mehmanxanalarda, klublarda, butiklərdə, restoranlarda özunuzu rahat hiss edəcəksiniz. Bu kart sahiblərinin kredit xəttindən istifadə etmək imkanları daha genişdir. Bu kartların sahiblərinə müəyyən yerlərdə limitaltı məbləğlərdən istifadə etmək haqqı verilir və əhəmiyyətli güzəştlər və endirimlər edilir.
VİSA/Platinum kartları
“Birlikbank” ASC-nin buraxdığı VİSA/Platinum kartları bankın ən imtiyazlı müştəriləri üçün buraxılan kartlardır. Bu kartlar sahibinin yüksək status, rifah, nöqsansız maliyyə göstəricilərinə malik olmasından xəbər verir. Platinum kartları istənilən arzunuzu həqiqətə çevirə bilər. Platinum kart sahibi olarsanız Sizə hər yerdə, hər zaman yüksək servis göstəriləcəkdir. Platinum kart sahibi olsanız dünyanın ən məhşur avtomobil şirkətlərinin avtomobillərini icarəyə götürə bilərsiniz. Bankımızda bu kartlar artıq qızıl kart tarixçəsi, münasib sığorta depoziti olan müştərilərə verilir.
İnternet banking xidməti
Bank hesabı vasitəsilə banka gəlmədən ödənişlər edə bilər, hesab üzrə çıxarışlar əldə edə bilər, banklarla yazişmalarınızın arxivini əldə edə bilər, ssuda və faiz hesabına ödənişlər edilə bilər.
Express Kart Xidməti
Hal-hazırda, embosserin mövcudluğuna görə yalnız Bankın Əməliyyat İdarəsi üçün nəzərdə tutulub. Bu layihə, sifariş Plastik Kartlar Departamentinə çatdırılan andan, müştərilərə kartın 15 dəqiqə ərzində hazırlanıb verilməsinə imkan yaradır. Zəruri olduqda, Bakı və Sumqayıt filiallarına kartlarıın təcili çatdırılması təmin edildikdə, sifariş olunan kart filial müştərisinə 60-90 dəqiqə ərzində çatdırıla bilər.
Multivalyuta Hesabları Xidməti
Bu layihə, bir karta üç növ valyuta (AZN, USD, AVRO) hesablarını açmaq imkanı yaradır. Hər hesab üzrə ayrıca vəsait otuzdurulur və hesabat aparılır (qalıq, dövriyyə və s.). Həmin kart vasitəsilə istifadə edilən vəsait, keçirilən əməliyyat valyutası ilə eyni olan hesabdan konvertasiyasız silinir.
Hesablar açılanda, müştərinin istəyinə əsasən, hər hesaba prioritet təyin edilir: 1 – əsas, 2 – orta, 3 – aşağı. Beləliklə, istifadə olunan valyuta hesabında yetərincə vəsait olmadığı halda, həmin prioritetlərə uyğun olaraq, digər hesablarda olan vəsaitlərin istifadə olunması imkanı yaradılır. Bununla, biz səyahət edən müştərilər ücün yüksək marağa malik olan bir məhsul yaradırıq. Yuxarıda qeyd olunan Express Kart xidməti də, bu Layihəni daha effektli edir.
Pin-change Xidməti
Bu xidmət vasitəsilə, bank müştəriləri aldıqları kartların PİN-lərini özlərinə məxsus olan istənilən digər kodla əvəz edə bilərlər. Bu layihə geniş kütlə və bir neçə kart istifadə etmək məcburiyyətində olan müştərilər üçün nəzərdə tutulub.
Card-to-Card Xidməti
Bu xidmət vasitəsilə bankımızın müştəriləri, bizim bankomatlarda bir kartdan digər kartlara öz vəsaitlərini köçürə biləcəklər. Card-to-Card layihəsi, məsələn, kart kreditlərinin ödənilməsində istifadə edilə biləcək.
Sms-banking Xidməti
Bu layihə, bank müştərilərinə öz kart hesablarını mobil telefonları vasitəsilə nəzarət etmək imkanı yaradır. Beləliklə, bank müştəriləri öz kartları ilə aparılan hər əməliyyat haqda mobil telefonlarına avtomatik ismarıc ala bilərlər. Əlavə olaraq, müştəri, mobil telefonundan SMS göndərərək, hesabına aid olan ətraflı məlumatı (balans, əməliyyatlar, status və s.) əldə edə biləcək.
“Birlikbank”ASC-nin plastik kartının sahibi necə olmaq olar?