Bank haqqinda
Korporativ müştərilər
Əlaqə üçün məlumat





Pul köçürmələri

Tariflər

Pul köçürmələri

Birlikbank ASC –nin Bakı və regionları əhatə edən 28 filial və şöbələrində təqdim olunan Beynəlxalq Pul köçürmələri vasitəsilə müştərilər dünyanın istənilən nöttəsinə 5-7 dəqiqə ərzində pul köçürə və ya ala bilərlər. Bu gün Birlikbankda MoneyGram, MİGOM, CONTACT, Bistraya Poçta, Coinstar (keçmiş Travelex) Beynəlxalq sistemlər və banka məxsus Şimşək ölkədaxili pul köçürmələri sistemi fəaliyyət göstərir.

Rusiyanin “İmpeksbank” ının təqdim etdiyi “Bıstraya Poçta” təcili pul köçürmə sistemi bütün MDB ölkələrini əhatə edərək 1800-dən artıq məntəqəyə malikdir. Bıstraya poçta sistemində komisiyon haqq köçürmə məbləğinin 2 %-i həcmindədir. Bıstraya Poçta sistemindən istifadə üçün Birlikbankın Bakı və regionları əhatə edən 28 filial və şöbəsinə gəlmək kifayətdir.

CONTACT- dünyanın istənilən ölkəsinə pul göndərmək və ya almaq üçün sürətli,təhlükəsiz,etibarlı və rahat üsuldur. CONTACT sistemi 80 ölkədə 8000-dən artıq xidmət məntəqəsinə malikdir. Təşkilatçı və hesab klirinq mərkəzi “Ruslavbank”dır. CONTAC sistemindən istifadə üçün Birlikbankın Bakı və regionları əhatə edən 28 filial və şöbəsinə gəlmək kifayətdir.

CONTAC sistemi üzrə köçürmələrin tarif cədvəli

Coinstar “Coinstar” pul köçürmələri sistemi (əvvəllər “Travelex” sistemi) dünyanın 120-dən çox ölkəsinə 40 000-dən artıq məntəqəsi ilə əhaliyə təcili pul köçürmələri xidməti göstərir. COİNSTAR sistemindən istifadə üçün Birlikbankın Bakı və regionları əhatə edən 28 filial və şöbəsinə gəlmək kifayətdir.

COİNSTAR sistemi üzrə pul köçürmələrin tarifi (ABŞ dolları ilə)

ŞİMŞƏK Pul köçürmələri üzrə təqdim edilən xidətlərin çeşidini artıraraq Birlikbank pulların ölkə daxilində köçürülməsi üçün yeni və sürətli üsulu olan “Şimşək” sistemini təqdim edir.

“Şimşək” Sizə pullarınızı istənilən valyutada Azərbaycanın istənilən nöqtəsinə cəmi 7 dəqiqə ərzində köçürməyə kömək edəcək. Bunun üçün hesabın açılmasına heç bir ehtiyac yoxdur,pasportunuzu və ya şəxsiyyəti təqdim edən sənədi təqdim etmək kifayətdir. Pulu alan şəxs heç bir komisiyon haqq ödəmir.Şimşək sistemindən istifadə üçün Birlikbankın Bakı və regionları əhatə edən 28 filial və şöbəsinə gəlmək kifayətdir.

“Şimşək” sistemi üzrə tariflər (AZN-lə)

Köçürmənin göndərilməsi / alınması qaydası

Pulun göndərilməsi / alınması üçün müştəri şəxsiyyət vəsiqəsi ilə Banka gəlməlidir.

Pul köçürməsi göndərilərkən göndərən aşağıdakıları qeyd etməlidir:

  • köçürmənin məbləği
  • alanın olduğu şəhər və ölkə
  • alanın tam adı
  • göndərənin tam adı
  • göndərənin telefon nömrəsi
  • göndərənin ünvanı

    Pul göndərən köçürmənin məbləğini və seçdiyi pul köçürmə sisteminin hazırkı Tariflərinə uyğun komissiya haqqını kassaya daxil edir. Lazımi proseduralardan sonra müştəriyə köçürmənin nəzarət nömrəsi ilə çıxarış verilir və bu nömrəni göndərən pulu alana deməlidir. Pul köçürməsi alınarkən alan aşağıdakıları qeyd etməlidir:

  • alanın tam adı
  • alanın ünvanı
  • köçürmənin məbləği
  • göndərənin tam adı
  • göndərənin telefon nömrəsi (əgər bilirsə)
  • pulun hansı şəhər və ölkədən göndərildiyi
  • köçürmənin nəzarət nömrəsi

  •     


     



    Valyuta Konvertoru

    AZN
    USD
        Bütün hüquqlarla Birlik Bank 2008-ci il Site by Azeri Project LTD